Xəbər lenti

Türkiyə - Suriya sərhədində gərginlik: 5 əsgər yaralandı
Dünya05:17 09.12.2013

Türkiyə - Suriya sərhədində gərginlik: 5 əsgər yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə - Suriya sərhədində gərgin anlar yaşanıb. "Anadolu" agentliyi xəbər verir ki, Hatayda sərhəddən mazut keçirmək istəyən qaçaqmalçılarla sərhədçilər arasında insident olub. Nəticədə 5 əsgər yaralanıb.

Belə ki, Suriyadan gətirilən mazutu qəbul etmək üçün sərhəd yaxınlığında çoxlu sayda traktor olduğundan, əsgərlər onların sənədlərini yoxlamaq istəyib. Bu zaman qaçaqmalçılarla sərhədçilər arasında insident baş verib. Qaçaqmalçılara Beşaslan kəndinin sakinləri də dəstək verib. Əsgərlərə daş-kəsək atılıb.

Yaralı əsgərlər xəstəxanaya çatdırılıb. Onların səhhətinin yaxşı olduğu bildirilir. Müdaxilə zamanı qacaqmalçılardan da yaralanan olub.

Sərhəd bölgəsində güclü təhlükəsizlik tədbirləri görülüb. //ANS PRESS