"Bu il Türkiyəyə turist axını az olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib. Ekspert bunun səbəbinin Türkiyədə baş verən dəhşətli zəlzələnin insanlarda yaratdığı qorxu hissi olduğunu hesab edir:
"Söz-söhbət gəzir, guya zəlzələ bununla yekunlaşmayacaq, yer tərpənib və s. Hər bir halda bu haqda söhbətlər gəzir. Türist axını olmasa, Türkiyənin gəlirləri azalacaq. Bütün bunlar Türkiyə üçün ciddi problemlərdir”.
Əkrəm Həsənov Türkiyə iqtisadiyyatının bundan əvvəl də böhran yaşadığını vurğulayıb:
"Türk valyutası sabit deyil. Digər tərəfdən Türkiyənin gəlirləri də azalacaq. Məsələn, Türkiyənin əsas gəlir mənbəyi turizmdir. Turizm Türkiyəyə çox pul gətirirdi. Bütün bunlar deməyə əsas verir ki, Türkiyənin iqtisadi problemləri bir neçə il davam edəcək, özü də kəskin şəkildə”.
Bahar Rüstəmli