Xəbər lenti

Türkiyə və ABŞ arasındakı viza böhranı sona çatır?
Dünya10:36 20.10.2017

Türkiyə və ABŞ arasındakı viza böhranı sona çatır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ xarici işlər nazirliyinin sözçüsü Hezə Nauert Türkiyə ilə yaranmış viza böhranı barədə açıqlama verib.

"Qaynarinfo" "Milliyet"ə istinadən xəbər verir ki, gündəlik mətbuat konfransında çıxış edən Nauert Ankarada təşkil edilən görüşlərin yaxşı keçdiyini və tezliklə konkret nəticənin əldə ediləcəyini vurğulayıb. Sözçü həmçinin qeyd edib ki, viza böhranının yekunlaşması üçün vacib məsələlərin həlli məqsədilə görüşlər davam etdiriləcək və bu məqsədlə ortaq komitənin yaradılması planlaşdırılır.

Qeyd edək ki, ABŞ 9 oktyabrda İstanbul konsulluğunda çalışan 2 əməkdaşının həbsinə etiraz olaraq Türkiyə vətəndaşlarına qeyri-miqrant vizalarının verilməsini dayandırıb, Türkiyə də oxşar addımı ABŞ vətəndaşlarına tətbiq etməyə başlayıb.

Gülşən

Qaynarinfo.Az