İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian ilk dəfə olaraq İran və Türkiyənin Birgə Su Komitəsinin yaradıldığını elan edib.
Qaynarinfo bu barədə İran Xarici İşlər Naziliyinə istinadən xəbər
verir.
İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian ölkə parlamentinin Kənd Təsərrüfatı Komitəsində bu nazirliyin iqtisadi diplomatiya, kənd təsərrüfatı məhsullarının ixracı və su diplomatiyası sahəsində on bir aylıq tədbirləri ilə bağlı iclasda iştirak edərkən deyib:
"Ortaq İran və Türkiyə Su Komitəsi son aylarda ilk dəfə olaraq yaradılıb”.
İran Xarici İşlər Nazirliyinin informasiya mərkəzinin verdiyi məlumata görə, o, İranın Hirmand və Araz çaylarinda ölkənin qanuni su iddiasını vurğulayaraq deyib: "Biz ölkəmizin tarixi və sərhəd iddialarından kənara çıxmayacağıq”.
Qeyd edək ki, İran Türkiyəni Araz, Dəclə və Fərat çaylarında çoxsaylı bəndlərin tikintisinə görə onun su hüquqlarını pozmaqda və İran bölgəsində quraqlıq yaratmaqda ittiham edib ki, bu da Türkiyə tərəfindən həmişə rədd edilib.
M.Arif