Xəbər lenti

Türkiyə və İsveç arasında “terrorçu qalmaqalı” davam edir
Dünya08:29 27.07.2022

Türkiyə və İsveç arasında “terrorçu qalmaqalı” davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveç Türkiyənin terror ittihamlarıyla bağlı istədiyi şəxsləri hələ də ekstradisiya etməyib.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Mövlud Çavuşoğlu deyib ki, ötən ay Ankaranın NATO-ya üzvlüyünə veto qoymasını aradan qaldırmaq üçün imzalanmış razılaşmaya baxmayaraq, İsveç Türkiyənin terrorizmlə bağlı ittihamlarla axtardığı şübhəliləri hələ də ekstradisiya etməyib. Türkiyə İsveçdən 73, Finlandiyadan isə daha 10 nəfərin ekstradisiyasını tələb edir. Adı çəkilən ölkələr isə artıq bu ölkələrin vətəndaşlığını almış şəxslərin xarici ölkələrə ekstradisiyasının mümkün olmadığını bildirir.
Nurlan