Xəbər lenti

Türkiyə və Rusiya bu dəfə İdlib atəşkəsini Ankarada müzakirə edəcək
Dünya13:38 09.03.2020

Türkiyə və Rusiya bu dəfə İdlib atəşkəsini Ankarada müzakirə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İdliblə bağlı Moskva razılaşmalarına uyğun olaraq, martın 10-da Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin iştirakı ilə Ankarada danışıqlar başlayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə bazar ertəsi Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Xatıladaq ki, Türkiyə-Rusiya zirvə görüşlərininin yekunu olaraq martın 5-də Moskvada Suriyanın şimal-qərbində atəşkəs elan olunub.
Atəşkəs rejimi martın 6-sı gecə yarısında qüvvəyə minib.
Martın 15-dən etibarən Türkiyə ilə Rusiya arasında təhlükəsizlik dəhlizi yaradılacaq M4 şossesi boyunca birgə patrul xidmətlərinə başlayacaqlar.