Xəbər lenti

Türkiyə vətəndaşı Gəncədə öldü
Ölkə12:16 26.09.2013

Türkiyə vətəndaşı Gəncədə öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə Türkiyə vətəndaşı dünyasını dəyişib.

Gəncə şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, 1953-cü il təvəllüdlü Türkiyə vətəndaşı Yılgör Ramazan Tələt oğlu yaşadığı evdə qəflətən dünyasını dəyişib.

Ölümün səbəbini müəyyənləşdirmək üçün mərhumun meyiti ekspertizaya göndərilib. Prokurorluqdan bildiriblər ki,  Yılgör Ramazan 5 ildən artıqdır Gəncədə yaşayır və Gəncə şəhər sakini ilə ailə qurub. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Qaynar.info