
Türk ordusu yenə şəhid verib.
Qaynar.info yerli mediaya istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 20.30-da Mardinin Savur qəsəbəsində hərbçiləri daşıyan maşının keçidi zamanı PKK-çıların yola döşədiyi bomba partladılıb.
İlkin məlumatlara görə, 4 əsgər şəhid olub. Daha iki hərbçi isə yaralanıb. Yaralılar Savur Dövlət Xəstəxanasına yerləşdirilib.
Partlayışdan dərhal sonra təhlükəsizlik qüvvələri bölgədə anti-terror əməliyyatlarına başlayıb.
Qaynar.info