Xəbər lenti

Türkiyə Yunanıstanın hərəkətlərinə anında cavab verəcək – Hulusi Akar
Dünya10:45 02.05.2022

Türkiyə Yunanıstanın hərəkətlərinə anında cavab verəcək – Hulusi Akar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Silahlı Qüvvələri hazırlıq vəziyyətindədir və Yunanıstan tərəfinin ölkənin hava məkanını pozmasına dərhal cavab verəcək. 
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə KİV-i ölkənin Hərbi Hava Qüvvələrinin Afina ilə fikir ayrılığına görə Yunanıstanda keçirilən NATO Tiger Meet təlimlərində iştirakdan imtina etdiyini yazıb.
Akar jurnalistlərə açıqlamasında "Bizə qarşı istənilən hərəkətə mütləq və anında cavab verəcəyik. Donanmamız artıq hərbi hazırlıq vəziyyətindədir. Dəniz yurisdiksiyalarımızı qorumaq üçün lazım olan hər şeyi edirlər", - o deyib.
Onun sözlərinə görə, Yunanıstan Egey və Aralıq dənizində Türkiyənin mehriban qonşuluq, beynəlxalq münasibətlər və dialoq lehinə mövqeyinə qarşı təxribat xarakterli hərəkətlərini və ritorikasını inadla davam etdirir.
Yunanıstanın Tiger meet ("Pələng görüşü") təlimləri üçün hazırladığı sənədə Ankaraya qarşı yönəlmiş və iki ölkə arasındakı fikir ayrılıqlarından istifadə edərək əlavələr etdiyini xatırladan Akar Türkiyənin təlimlərdə iştirakdan imtina etdiyini bildirib.
Yunanıstan hakimiyyəti daha əvvəl Türkiyəni ölkənin hava məkanını pozmaqda ittiham edib. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Ankaranın davranışını qəbuledilməz adlandırıb. O, Türkiyə tərəfinin hərəkətləri barədə NATO-nun baş katibi Yens Stoltenberqi məlumatlandırıb.
Xatırladaq ki, Afina və Ankara çətin münasibətləri yaxşılaşdırmağa çalışırlar. 2020-ci ilin yayında Yunanıstan və Türkiyə üç dəfə silahlı qarşıdurma ərəfəsində olub və Yunanıstan silahlı qüvvələrinin ümumi səfərbərliyi həyata keçirilib. Buna səbəb Türkiyənin Yunanıstanın özünün müstəsna iqtisadi zonası hesab etdiyi Şərqi Aralıq dənizi regionunda seysmik kəşfiyyata başlaması olub.
Alpər