Xəbər lenti

Türkiyədə 1 may gərginliyi: 66 nəfər saxlanıldı (FOTOLAR)
Dünya14:29 01.05.2018

Türkiyədə 1 may gərginliyi: 66 nəfər saxlanıldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin İstanbul şəhərində 1 May Beynəlxalq Əmək Günü münasibətilə keçirilən nümayişlərdə 66 nəfər həbs edilib.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 56 nəfər Beşiktaşda, 6 nəfər Maltəpə, 2 nəfər Bəyoğlu, 2 nəfər isə Şişlidə polis tərəfindən saxlanılıb. Həmin şəxslər Taksim ərazisinə doğru irəliləmək istəyib.
Nümayişə icazə verilməyən Taksim Meydanı və ətraf ərazilərdə ciddi təhlükəsizlik tədbirləri təşkil edilib. İstiqlal küçəsinə ancaq polis yoxlanışından sonra keçməyə icazə verilir. 
Gülşən