Xəbər lenti

Türkiyədə Azərbaycan vətəndaşları saxlanıldı
Ölkə18:31 27.11.2013

Türkiyədə Azərbaycan vətəndaşları saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Atatürk hava limanında Gömrük Komitəsinin əməkdaşları 4 Azərbaycan vətəndaşını saxlayıb. 

Buna səbəb 1 milyon dollarlıq mobil telefonu qanunsuz yolla bu ölkəyə keçirmək cəhdi olub. 

Gömrük Komitəsindən ANS-ə verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb. Məsələnin araşdırmasını paytaxt Ankaranın Gömrük Komitəsi aparır.

Saxlanılan şəxslər 2 min ədəd son model telefonu bağlamalarda qaçaq yolla Türkiyə ərazisinə keçirməyə cəhd ediblərmiş. Gömrük və Ticarət Nazirliyindən verilən yazılı açıqlamada deyilir ki, telefon qaçaqmalçılarını mülki geyimli gömrük əməkdaşları saxlayıb. 

Məlum olub ki, onlar hər hansı gömrük bəyannaməsi göstərmədən telefonla dolu bağlamaları Atatürk Aeroportundan çıxararaq İstanbula doğru istiqamət almaq istəyiblər. Saxlanılanlar barəsində qaçaqmalçılıq ittihamı ilə araşdırma başladılıb.

Qaynar.info