Xəbər lenti

Türkiyədə çəkilən azərbaycanlı aktyor yeni filmdə - FOTO
Maqazin17:17 31.05.2016

Türkiyədə çəkilən azərbaycanlı aktyor yeni filmdə - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış aktyor Kamran Ağabalayev yeni filmə çəkilir. Bu haqda o, Milli.Az-a danışıb:
"Hal-hazırda Babək Şirinsifətin "3 gün və ya 1 ömür" filminə çəkilirəm. Çəkilişlər Azərbaycanın səfalı kəndlərində, ən əsası İsmayıllı dağlarında gedir. Film psixoloji dram janrındadır, baş rollarda Hikmət Rəhimov, Rasim Cəfər, Nicat Əli də mənimlə bərabər çəkilirlər. Mənim obrazım kimin üçünsə mənfi, kimin üçünsə müsbət rol hesab oluna bilər. Çəkilişlə bağlı "Kızkaçıran" filminin təqdimatına da gələ bilmədim. Amma filmi izləyənlər çox bəyəniblər, seansları da artırıblar".
Qaynarinfo.az