Türkiyədə ötən gün daha bir mədən qəzası baş verib. AzNews.az xəbər verir ki, hadisə Elazığın Alacakaya rayonunda fəaliyyət göstərən və özəl bir şirkətə məxsus olan xrom mədənində qeydə alınıb.
Belə ki, işçilərin üzərinə düşən böyük bir qaya parçası Hacı Aygülün həyatına son qoyub, Ahmet Şengülü isə ağır yaralayıb.
Yaralı təcili yardım maşını ilə Elazığ Fırat Üniversitesinin xəstəxanasına aparılıb. Yerli polis olayın hansı səbəbdən baş verdiyini araşdırır.