Xəbər lenti

Türkiyədə dəhşətli qəza: 10 ölü, 7 yaralı
Ölkə14:01 03.12.2017

Türkiyədə dəhşətli qəza: 10 ölü, 7 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə ağır yol qəzası baş verib.
Qaynarinfo xəbər verir ki, hadisə ölkənin Suriya ilə sərhəddəki Hatay vilayətində qeydə alınıb.
Belə ki, suriyalı köçkünləri qanunsuz yolla daşıyan mikroavtobusun sürücüsü jandarmların "saxla!" əmrinə məhəl qoymayaraq, nəqliyyat vasitəsini idarə edib. Lakin avtobus qarşıdan gələn yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində 10 köçkün hadisə yerində ölüb. Habelə mikroavtobusun sürücüsü də daxil olmaqla, 7 nəfər ağır xəsarət alıb.