Türkiyədə ağır yol qəzası baş verib.
Qaynarinfo xəbər verir ki, hadisə İzmirin Buca rayonuna bağlı Kaynaklar məhləsində qeydə alınıb. İki avtomobil toqquşması nəticəsində 7 nəfər ölüb, 1 nəfər yaralanıb. Ölənlərdən biri körpə, üçü isə azyaşlı uşaqdır.