Xəbər lenti

Türkiyədə klublar nə istəyir? - 17 turda 15 məşqçi...
İdman 19:13 29.12.2023

Türkiyədə klublar nə istəyir? - 17 turda 15 məşqçi...

Türkiyə Superliqasının 17 turu geridə qalsa da komandaların əksəriyyəti mövsümə birlikdə başladıqları məşqçilərlə yollarını ayırıb.

Qaynarinfo-nun məlumatına görə, Türkiyə futbolunun ən mühüm problemlərindən biri olan məşqçi qeyri-sabitliyi bu mövsüm də davam edir. "Antalyaspor"dan Nuri Şahinin istefası ilə liqada mübarizə aparan 20 komandadan 15-i mövsümə başladıqları məşqçi dəyişib.

Türkiyə superliqası təmsilçilərindən "Trabzonspor", "Kayserispor", "Beşiktaş", "Adana Dəmirspor", "Antalyaspor", "Kasımpaşa", "Ankaragücü", "Alanyaspor" "Başakşehir", "Qaziantep",  "Konyaspor", "Fatih Karagümrük", "Samsunspor", "Pendikspor", "İstanbulspor" məşqçi dəyişikliklərinə gediblər. 

Superliqada cəmi beş komanda mövsümə başladıqları eyni məşqçi ilə davam edir.  İsmail Kartal "Fənərbağça"da, Okan Buruk isə "Qalatasaray"da vəzifəsini davam etdirir. O cümlədən "Çaykur Rizespor" İlhan Palutla, "Sivasspor" Sərvət Çətinlə, "Hatayspor" isə Volkan Dəmirəllə yoluna davam edir. 

Bu mövsüm ən çox məşqçi dəyişən klub isə "Beşiktaş"dır. Klub mövsümə başlayandan bəri üç məşqçini gətirib və göndərib. Belə ki, "Qartallar" mövsümə birlikdə başladıqları Şenol Günəşin istefasından sonra onun boş qoyduğu posta təyin olunan Burak Yılmaz, ardından Rza Çalımbayla da davam etməməyə qərar verib. Hazırda komandaya yeni baş məşqçi axtarışları davam etdirilir. Həmçinin "Adana Dəmirspor” 14-cü turda "Samsunspor”a məğlubiyyətdən sonra baş məşqçi Patrik Kluyvertlə yollarını ayırsa da, indiyədək komandaya yeni mütəxəssis gətirilməyib. 

Superliqa üç məşqçi iki fərqli komandada çalışıb. Mövsümə "Başakşehir"də başlayan Emre Belözoğlu karyerasını "Ankaragücü"ndə, "Kayserispor"la başlayan Çağdaş Atan isə "Başakşehir"də, "İstanbulspor"dan ayrılan Fatih Tekke isə "Alanyaspor"da davam edir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->