Xəbər lenti

İzmirdə mədən qəzasında xəsarət alanların sayı 45 nəfərə çatdı (YENİLƏNİB)
Dünya05:06 19.12.2021

İzmirdə mədən qəzasında xəsarət alanların sayı 45 nəfərə çatdı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin İzmir vilayətində kömür mədəninin çökməsi nəticəsində xəsarət alanların sayı artıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca tviter hesabında məlumat yayıb.
Onun sözlərinə görə, yaralı sayı 45 nəfərə çatıb və artacağı istisna edilmir.
"İzmirdə, Kınıkda mədəndə çökmə nəticəsində yaralanan 18 nəfər Kınıkda, 6 nəfər Berqamada, 21 nəfər isə Soma Dövlət Xəstəxanasında müalicə olunur. Hadisə yerinə 14 təcili yardım maşını, 2 UMKE (Milli Tibbi Xilasetmə Qrupu), ümumilikdə 48 səhiyyə işçisi ayrılıb".
Əlavə olaraq qeyd olunur ki, qəza zamanı mədəndə 50-yə yaxın işçi olub.
00:51
Türkiyədə kömür mədənində partlayış olub.
Qaynarinfo” "Haber Global”a istinadən xəbər verir ki, hadisə İzmirdə qeydə alınıb.
Bildirilir ki, partlayış Kınık rayonunda, yerli vaxtla saat 21:00-da baş verib.
Hadisə nəticəsində 8 işçi yaralanıb.
Qeyd olunur ki, xəstəxaya çatdırılanların həyatı üçün təhlükə yoxdur.
Xəyal