Dünya 18:22 01.07.2022

Türkiyədə muzey və tarixi yerlərə turist səfərlərində 3 qat artım

Türkiyənin Milli Saraylar İdarəsi bu ilin ilk 6 ayında ölkənin tarixi yerləri və muzeylərini ziyarət edənlərin sayının ötən ilin eyni dövrü ilə müqayisədə 288 faiz artaraq 2 milyon 565 min 257 nəfər olduğunu açıqlayıb.

Qaynarifo bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

Ötən ilin eyni dövründə koronavirusun yayılmasına baxmayaraq, ölkənin tarixi yerləri və muzeylərini 660 min 253 nəfər ziyarət edib.

İstanbulun Topqapı Sarayı bu ilin ilk 6 ayında yerli və xarici turistlərin ən çox ziyarət etdiyi tarixi məkan olub. Bu sarayı 1 milyon 404 min 697 turist ziyarət edib.

Dolmabaxça Sarayı 635 min 56 turisti qəbul etməklə növbəti sırada qərarlaşıb.

M.Arif