
Türkiyədə təhsil alan əcnəbi tələbələr ilk qeydiyyat tarixindən etibarən 6 ay içərisində müraciət edəcəkləri təqdirdə ümumi tibbi sığortalı sayılacaqlar.
Qaynar.info-nun məlumatına görə, "Sosial Sığortalar və Ümumi Tibbi Sığorta Qanunu və bəzi qanunlarda dəyişiklik edilməsinə dair" qanun layihəsinin birindi hissəsindəki 8 maddə qəbul edilib.
Qəbul edilən maddələrə görə, gəlir təsbitinə ehtiyac olmadan ümumui tibbi sığortası və ya öhdəçiliyində baxmalı olduğu biri olmayan, 18 yaşı tamamlanmamış Türkiyə vətəndaşları ümumi tibbi sığortalı sayılacaq. Ana və atası olmayan 18 yaşına çatmamış uşaqlar da ümumi tibbi sığortalılar sırasına daxil ediləcək. Beləliklə, 18 yaşına çatmamış bütün Türkiyə vətəndaşları qeyd-şərtsiz tibbi sığortalı sayılacaq.
Türkiyədə təhsil alan xarici ölkə vətəndaşları ilk qeydiyyat tarixindən etibarən 6 ay içərisində tələb edəcəkləri təqdirdə ümumi tibbi sığortalı ola biləcəklər.
Türkiyədə 1 ildən çox müvəqqədi qeydiyyat icazəsiylə yaşayan xarici vətəndaşların ümumi tibbi sığortalı olması isə məcburi olmayacaq. Mövcud məcburiyyət ləğv ediləcək, istəyən tibbi sığorta sahibi olacaq.
Qaynar.info