Xəbər lenti

Türkiyədə prokurorun ölümündə Bəşər Əsəd izi
Dünya08:18 04.04.2015

Türkiyədə prokurorun ölümündə Bəşər Əsəd izi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədəki Gəzi parkı hadisələri zamanı öldürülən Berkin Əlvanın işi ilə bağlı istintaq aparan prokuror Mehmet Səlim Kirazın Xalq Qurtuluş Partiyası –Cəbhəsi (DHKP-C) terrorçuların tərəfindən öldürülməsi məsələsində yeni iddia ortaya atılıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iddiada Suriya prezidenti Bəşər Əsədin DHKP-C-yə dəstək verdiyi bildirilir. Məlumata görə sözügedən terror şəbəkəsi Suriyanın şimalında hərbi təlim düşərgəsi qurmaq üçün PKK-nın Suriya qolu PYD ilə müzakirələr aparıb.
DHKP-C-nin 2013-cü ildən bəri silah-sursatla təmin edildiyi qeyd olunur. İddiaya görə DHKP-c yaraqlıları Suriya prezidenti Bəşər Əsədin maliyyələşdirdiyi “Şəbbiha” qruplaşması ilə birgə çoxlu sayda terrora imza atıb.
Qeyd edək ki, martın 31-də gecə saatlarında Türkiyədə terrorçuların girov götürdüyü prokuror Mehmet Səlim Kirazın azad edilməsi ilə bağlı xüsusi əməliyyat keçirilib. Xüsusi əməliyyat nəticəsində prokuror Mehmet Səlim Kirazı girov götürən terrorçulardan 2-si məhv edilib. 
Xüsusi əməliyyat nəticəsində girovluqdan azad edilən prokuror Mehmet Səlim Kiraz xəstəxanada vəfat edib. O, əməliyyat  xəstəxanaya yaralı olaraq aparılmışdı.  Prokurorun başəndan 2, bədənindən isə 3 güllə yarası aldığını bildirilib.
Qaynar.info