Türkiyənin Malatya və Diyarbəkir şəhərlərində seçki dairəsində silahlı qarşıdurma yaşanıb.
Qaynarinfo xəbər verir ki, Malatyanın Pötürge ərazisində seçki sandığının başında yaşanan mübahisədən sonra silahlı qarşıdurma baş verib. Nəticədə Həsən Aktaş və İlyas Aktaş həyatını itirib. Bir nəfər həbs edilib.
Diyarbəkirin Qayapınar bölgəsində 2 muxtarlıq namizədi və yaxınları arasında dava düşüb. Bıçaq və dəyənəyin istifadə edildiyi hadisədə 1-i ağır olmaqla 2 nəfər yaralanıb.
Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir.
Gülşən