Xəbər lenti

Türkiyədə tələbələr dəhşətli terrorun qarşısın aldılar
Dünya06:20 26.12.2016

Türkiyədə tələbələr dəhşətli terrorun qarşısın aldılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Bursa şəhərində təxminən 60 min Uludağ Universiteti tələbəsinin yaşadığı mərkəz Nilüfer mahalı Görükle Məhəlləsində bir alış-veriş mərkəzi önünə qoyulan çamadan bomba aşkar edilib.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, saat 22.00 radələrində Atatürk prospektində bir market önünə qoyulan sahibsiz çamadanla bağlı tələbələr dərhal polis qruplarına xəbər veriblər.
Hadisə yerinə gələn polis və bomba mütəxəssisləri ətrafa təhlükəszilik lenti çəkdikdən sonra kənardan idarə etmə üsulu ilə bombanı zərərsizlədiriblər.
Hadisə ilə əlaqədar istintaq davam etdirilir.
Qaynarinfo.Az