Xəbər lenti

Türkiyədə "Wikipedia"ya giriş dayandırıldı - FOTO
Dünya10:59 29.04.2017

Türkiyədə "Wikipedia"ya giriş dayandırıldı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə internetin ən böyük ensiklopediyası sayılan "Wikipedia"nın bütün dillərdəki versiyalarına girişə səhər saatlarından etibarən qadağa qoyulub.

"Qaynar" BBC-yə istinadən xəbər verir ki, "Wikipedia"nın hansı səbəbdən bloklandığı məlum deyil.

Türkiyənin İnformasiya Texnologiyaları qurumunun rəsmi saytında girişə inzibati tədbir görüldüyü üçün qadağa qoyulduqu qeyd edilib.

Xəbəri ilk olaraq Turkey Blocks şirkəti yayıb.

Şirkət rəsmisi Alp Tolker açıqlama verərkən belə deyib:

"Daha öncə məhkəmə qərarı ilə səhifələr ayrı-ayrılıqda əngəllənə bilirdi. Lakin "Wikipedia"nın 2015-ci ildə tətbiq etdiyi HTTPS (şifrlənmiş ötürmə mexanizmləri ilə işləyən protokol) protokolunun tətbiqindən sonra sensura şirkəti artıq müəyyən bir səhifəni əngəlləmək üçün saytı ümumilikdə bağlamaq məcburiyyətində qalır".

İnternet ensiklopediyasına qoyulan bu qadağa sosial şəbəkələrdə günün ən çox müzakirə edilən mövzusu olub.

Yerli mətbuatda saytın bağlanmasına səbəb kimi Türkiyənin adının terrorla yanaşı işlədilməsi və ölkənin terrora dəstək verməsi göstərilib.

Digər iddiaya görə isə buna bir müddət öncə ölkədə keçirilən referendumun saxtalaşdırılması ilə bağlı, həmçinin ölkə prezidenti Rəcəb Tayyip Ərdoğanın yeritdiyi siyasəti kəskin şəkildə tənqid edən yazıların dərc edilməsinin səbəb olduğu bildirilib.

Qaynar.Az