Türkiyənin Konya vilayətində Sarayonu rayonunda inşaatçılar iş zamanı yeraltı şəhər aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Tapıntının ümumi sahəsi 5 min kvadratmetrə çatır.
Yeraltı şəhərin eramızın 8-ci əsrinə aid olduğu deyilir. Şəhərdəki əsas tikililər Bizans dövrünə aiddir.