Xəbər lenti

Türkiyədən Ermənistana çağırış: "Atəşi dayandırın"
Dünya18:11 02.04.2016

Türkiyədən Ermənistana çağırış: "Atəşi dayandırın"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın aprelin 1-dən 2-nə keçən gecə Azərbaycana qarşı yönələn hərəkətlərini pisləyir.

Bu barədə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginliklə bağlı Türkiyə XİN-in rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Bəyanatda Ermənistana atəşi dayandırmaq və barışığa riayət etmək çağırışı yer alıb. Həmçinin xarici siyasət idarəsi həyatlarını itirən şəhidlərin ailələrinə başsağlığı verib.

“Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsidə həlli üzrə səylərini davam etdirir”, - deyə XİN-in bəyanatında bildirilib. (report.az)

Qaynar.info