Xəbər lenti

Türkiyəli müşahidəçilər bir neçə gün ərzində Azərbaycana gələcək
Siyasət17:22 19.11.2020

Türkiyəli müşahidəçilər bir neçə gün ərzində Azərbaycana gələcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyəli müşahidəçilər bir neçə gün ərzində Azərbaycana göndəriləcək.
Bu barədə "TRT Haber” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Türkiyə və Rusiyadan olan müşahidəçilərin Qarabağdakı atəşkəsə nəzarət vəzifəsinin detalları da bir neçə gün ərzində bəlli olacaq.
Bundan dərhal sonra türkiyəli müşahidəçilər monitorinq mərkəzi üçün Azərbaycana gələcək.
Yerini Azərbaycanın müəyyən edəcəyi ortaq monitorinq mərkəzi ən müasir texnologiyalarla təchiz olunacaq.(oxu.az)