Xəbər lenti

Türkiyəli nazirə sui-qəsdin qarşısı alındı
Dünya05:43 06.03.2020

Türkiyəli nazirə sui-qəsdin qarşısı alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PKK terror qruplaşmasının İstanbulda şəhid cənazələri, insanların çox olduğu yerlərə hücum və Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varanka sui-qəsd planlaşdırdığı ortaya çıxıb.
Qaynarinfo CNNTürk-ə istinadən xəbər verir ki, saxlanılan terrorçulardan birinin telefonundan nazir Varankın fotosu tapılıb. Həmçinin aparılan axtarışlar zamanı xaricdən terror üzvlərinə göndərilən sursat tozsoranın içərisindən çıxıb.
İstintaq çərçivəsində PKK terror üzvü olduqları iddiası ilə 29 şübhəli haqqında "dövlətin birliyini və ölkə bütövlüyünü pozmaq", "silahlı terror qruplaşmasına üzv olmaq" maddələri üzrə cinayət işi qaldırılıb. Saxlanılan Mehmet Kırık kod adlı şəxs türkiyəli nazirə uzunmənzilli silahla sui-qəsd edəcəklərini etiraf edib.
Camal