Xəbər lenti

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri təyinatı ilə bağlı paylaşım etdi
Siyasət21:40 13.01.2025

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri təyinatı ilə bağlı paylaşım etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Birol Akgün "X" platformasındakı hesabında təyinatı ilə bağlı paylaşım edib.

Paylaşımda diplomat iki ölkə arasındakı münasibətlərin "Bir millət, iki dövlət" prinsipi əsasında inkişafını davam etdirəcəyini yazıb.

"Bu şərəfli vəzifəmizi yerinə yetirəcəyimiz müddətdə Türkiyə ilə Azərbaycanın əməkdaşlığının, dostluğunun və müttəfiqliyinin hər sahədə "Bir millət, iki dövlət" prinsipi əsasında inkişafını davam etdirəcəyik", - deyə diplomat qeyd edib.