Xəbər lenti

Türkiyənin DEVA Partiyasının sədri Əli Babacan COVID-19-a yoluxdu
Dünya19:12 25.08.2020

Türkiyənin DEVA Partiyasının sədri Əli Babacan COVID-19-a yoluxdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə yeni fəaliyyətə başlayan Demokratiya və Yüksəliş (DEVA) Partiyasının sədri Əli Babacan yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Ə.Babacan tvitter səhifəsində açıqlayıb.
Partiya sədri bu gün COVID-19 testindən keçdiyini, nəticənin pozitiv olduğunu yazıb. Ə.Babacan bildirib ki, həkimlər ona ailəsi ilə birlikdə karantinə alınmasını tövsiyə edib. 
Hazırda səhhətinin normal olduğunu deyən partiya sədri karantin müddətində evdən fəaliyyət göstərəcəyini vurğulayıb.