Xəbər lenti

Türkiyənin şərqində güclü zəlzələ olub
Dünya05:09 26.09.2013

Türkiyənin şərqində güclü zəlzələ olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 
Ötən gün axşam saatlarında Türkiyənin şərqində yerləşən Van vilayətinin Erçiş rayonunda 4 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend "Sabah" qəzetinə istinadən bildirib.
Boğaziçi Universitetinin Kandilli rəsədxanasının və Zəlzələ Araşdırmaları İnstitutunun məlumatlarına görə, yeraltı təkanlar yerli vaxtla saat 05:55 radələrində yerin təxminən 5 kilometr dərinliyində baş verib.

Məlumatda bildirilir ki, zəlzələ nəticəsində hələlik dağıntı, ölüm və xəsarət halları qeydə alınmayıb.


Qaynar.info