Liviya Milli Ordusunun komandanı general Xəlifə Haftar Benqazidəki qüvvələri ilə Əsəd rejimi arasında diplomatik münasibətlərlə bağlı gizli ziyarət gerçəkləşdirilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, yanvarın sonunda Afina baş tutan görüşün ardından Şama gedən Haftar Əsəd rejimi ilə Türkiyəyə qarşı əməkdaşlıq kimi məsələləri müzakirə edib. Həmçinin Fayəz əl Sərrac hökumətinə qarşı hərbi, təhlükəsizlik və kəşfiyyat sahəsində də danışıqlar aparıldığı bildirilir.
Haftar və Əsəd arasında baş tutan gizli görüşdə Əsəd rejimi əsgərlərinin Liviyaya göndərilməsi və buradakı muzdlu ordunun silah-sursatla təminatı da müzakirə edilib.
Haftarın səfərindən öncə isə Misirin kəşfiyyat naziri Abbas Kamil və Əsəd rejiminin milli təhlükəsizlik naziri Əli Məmluk Şamda bir araya gəlib. Bu ziyarətin gizli hədəfinin Türkiyəyə qarşı koalisiya yaratmaq olduğu bildirilib. Məmluk və Abbas arasındakı görüşdə Şam və PKK/YPG qruplaşmaları arasında Türkiyəyə qarşı ittifaq yaradılması məsələsinin də müzakirə olunduğu iddia edilib.
Gizli səfərdən sonra Haftarın yüksək vəzifəli şəxsləri Şama getmiş və Əsəd rejimi ilə 46 protokol imzalamışdılar. Ötən həftə isə Liviyanın Şamdakı səfirliyi Tripoli hökumətinin icazəsi olmadan Haftar qüvvələrinə təslim edilib. Oğurlanan səfirliyin açılışında çıxış edən Suriya xarici işlər nazirinin müavini Faysal Miktad Türkiyə əleyhinə ifadələr işlədib.