Türkmənistan prezidenti duzsuzlaşdırma qurğularının tikintisi və Xəzər dənizindən Aşqabada suyun verilməsi barədə göstəriş verib.
Qaynarinfo bu barədə Anadolu agentliyinə istinadən xəbər
verir.
Məlumata görə, prezident Sərdar Berdıməhəmmədov Kənd Təsərrüfatı Nazirlər Şurasının sədr müavini Anaqldi Yazmuradov ilə virtual görüş keçirib.
İclasda Berdıməhəmmədov bölgənin su problemlərinin həlli üçün lazımi göstərişlər verib.
O, həmçinin Yazmuradovun rəhbərlik etdiyi dövlət komissiyasının yaradılması layihəsinin hazırlanmasını tapşırıb.
Amudərya və Qarahqom çaylarının hövzələrinin təmizlənməsi, su sızmasının səbəblərinin müəyyən edilməsi, nöqsanların aradan qaldırılması planının hazırlanması və onların həyata keçirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini vurğulayan Berdıməhəmmədov avadanlıq, su nasosları və suyun alınması üçün lazımi vəsaitin ayrılması ilə bağlı təkliflər verib.
O, həmçinin Xəzər dənizindən Aşqabada şirin suyun verilməsi imkanlarının qiymətləndirilməsi və Xəzər dənizində sutəmizləyici qurğuların tikintisinə başlanması barədə göstəriş verib.
M.Arif
Şərhlər