Xəbər lenti

Tutulan oğru diz çöküb
Dünya 20:17 04.10.2024

Tutulan oğru diz çöküb "nənəm üçün oğurlayırdım" dedi, satıcı rəhm etmədi

Pattayada oğurluq edərkən cinayət başında tutulan şəxs ağır xəstə olan nənəsi üçün oğurluq etdiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Thaiger” məlumat yayıb.

Taylandlı yerli mağazadan müntəzəm olaraq yemək, o cümlədən yumurta, tərəvəz və balıq konservləri, həmçinin kassadan pul götürüb. Növbəti oğurluqdan sonra satış məntəqəsinin sahibi oğrunu kameralardan istifadə edərək izləmək və yenidən peyda olacağı təqdirdə onu saxlamaq qərarına gəlib. 25 yaşlı Çanathip yenidən içəri girəndə pusquda oturan mağaza sahibi polis gələnə qədər şübhəli şəxsi saxlayıb.

Şübhəli şəxs artıq üç dəfə həmin kişinin mağazasından oğurluq etdiyini etiraf edib, onun qarşısında diz çökərək mərhəmət diləməyə başlayıb. Gənc oğlan xəstə nənəsini yedizdirmək üçün yemək lazım olduğunu, oğurladığı pulla onun dərmanlarını aldığını və müalicəsini ödədiyini bildirib. Emosional yalvarışlara baxmayaraq, mağaza sahibi oğrunu bağışlamaq istəməyib və polisə təhvil verib. Yaxın vaxtlarda onun barəsində cinayət işi açılacaq.

Alpər


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->