Xəbər lenti

Türkiyə PKK-nı bombaladı: 13 ölü, 8 yaralı
Dünya18:33 14.08.2017

Türkiyə PKK-nı bombaladı: 13 ölü, 8 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə ordusu İraqın şimalında yerləşən Kandil rayonunda PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib. 

"Qaynarinfo" Türkiyə mediasına istinadən məlumatına görə, hava zərbələri nəticəsində 13 terrorçu məhv edilib, 8-i isə ağır yaralanıb. Həmçinin, PKK-nın 4 obyekti, o cümlədən silah anbarı məhv edilib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgahının yaydığı məlumatda bildirilir ki, PKK terror qruplaşmasına qarşı əməliyyatlar davam etdiriləcək. 

Qaynarinfo.Az