Xəbər lenti

U-21-dən böyükhesablı qələbə
İdman17:14 25.03.2022

U-21-dən böyükhesablı qələbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, Sumqayıtdakı "Kapital Bank Arena”da Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:0 hesablı qələbə qazanıb.
U-21-dən Musa Qurbanlı (44, 66) və 88-ci dəqiqədə Abdulla Xaybulayev vurub.
Milan Obradoviçin komandası martın 29-da Belarusdan olan həmyaşıdları ilə qüvvəsini sınayacaq. Komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsindəki qalan 3 matçı iyunda keçirəcək. U-21 iyunun 3-də Estoniyanın qonağı olacaqsa, 7-də Finlandiya, 14-də isə Norveçə səfər edəcək.
Səbuhi Həsənov