U-21 millimizin baş məşqçisi Milan Obradoviç Ukrayna mətbuatına müsahibə verib.
Qaynarinfonun məlumatına görə vaxtilə futbolçu kimi Ukryanda futbolçu kimi top qovmuş mütəxəssis müsahibəsində Rusiya - Ukrayna müharibəsinə də toxunub. O, Ukraynanın qalib çıxacağına inandığını bildirib: "Bu, məni çox incidir. Təkcə ona görə yox ki, bir çox ilimi Ukraynada keçirmişəm. Həm də ona görə ki, zorakılıq və qəddarlığın istənilən təzahürünə qarşı kəskin mövqedəyəm. Xarkov, Kiyev, Vinnitsa, Vışqorod və Odessadan olanlarla daim əlaqədəyəm. Dostlarım bütün Ukraynaya səpələnib. Hər biri bu və ya digər formada müharibədə iştirak edir. Kimisi ərazi müdafiəsində, kimisi blokpostlarda, digərləri də könüllü fəaliyyətlə məşğul olur. Ukraynalıları düşünə-düşünə yatıb-dururam. Allaha dua edirəm ki, hamısı sağ-salamat olsun. Hamınıza normal həyata qayıtmağı arzulayıram. Bilin ki, indi nə qədər dəhşətli olsa da, gec-tez buludlar çəkiləcək və gün doğacaq. Siz yenidən gülümsəməyə başlayacaqsınız. İstənilən halda, bu müharibədən qalib çıxacaqsınız. Bu savaş onsuz da cəsur xalq kimi sizi daha da birləşdirəcək, cəmləşdirəcək".
2019-cu ildən Azərbaycanın U-21 millisinə rəhbərlik edən Obradoviç 2006 - 2013-cü illərdə futbolçu kimi Ukraynada "Metallist" (Xarkov) klubunun formasını geyinib. O, Kiyev təmsilçisi "Arsenal"da da çıxış edib.
Səbuhi Həsənov