Xəbər lenti

Ucarda faciə: biri hadisə yerində, digəri polis maşınında öldü
Ölkə16:01 03.03.2019

Ucarda faciə: biri hadisə yerində, digəri polis maşınında öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ucarda yolu keçmək istəyən piyadaları minik maşını vurub.
Qaynarinfo report-a istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kənd ərazisində qeydə alınıb.
Avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Piyadanın biri aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Digər yaralı əraziyə gələn YPX əməkdaşları tərəfindən xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Bunlar rayonun Küçəkənd sakinləri – 1990-cı il təvəllüdlü İsgəndərova Aynur Ramiz qızı və onun 2014-cü il təvəllüdlü qızı İsgəndərova Ayşən Xəyal qızıdır.
Hadisəni Bərdə rayonundan olan 1984-cü il təvəllüdlü sürücü Cavadov Rəşad Rəhim öğlu törədib.
Faktla bağlı araşdırma apatılır.