Xəbər lenti

Uçurum kənarındakı diplomatiya: Bayden Putini danışıqlar masasına oturda bilər
Dünya 15:14 24.09.2024

Uçurum kənarındakı diplomatiya: Bayden Putini danışıqlar masasına oturda bilər

Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri təkcə postu tərk edən ABŞ prezidenti Co Baydenlə "vidalaşmaq imkanı" deyil, həm də "uçurumun kənarındakı diplomatiya" və ABŞ-ın Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Qərb raketlərindən istifadə etməsinə icazə verəcəyinə və bununla da Rusiyanı danışıqlar yolu ilə sülhə məcbur etməyə dair son ümididir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times”ın redaksiya məqaləsində deyilir.

Məqalədə qeyd edilir ki, Bayden hələ də Ukraynanın "mübarizə aparmağa dəyərli səbəb” olduğuna inansa da, Donald Tramp noyabrda Ağ Ev uğrunda Kamala Harrisi məğlub etsə, Kiyevə yardımı kəsə bilər. Bundan əlavə, Harrisin prezidentliyi ehtimalı nəzərdən keçirilsə, bu perspektiv daha az ehtimal olunan olsa da, hazırkı vitse-prezident "müharibədə kəskin eskalasiya” kimi qiymətləndirilə biləcək hər şeydən ehtiyatlanır.

"The Times” yazır ki, Baydenin yanvarda keçiriləcək prezident inauqurasiyasına qədər "imkan pəncərəsi” var ki, ondan ağıllı istifadə edilərsə, Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına oturtmağa məcbur edə bilər.

Konkret olaraq, Vaşinqton Rusiya hərbi maşınına ciddi zərbə vura biləcək dərin zərbələr endirmək üçün Britaniyanın "Storm Shadow” qanadlı raketlərindən istifadəsinə Ukraynaya yaşıl işıq yandıra bilər.

"Bu cür missiyalara icazə verilməsinin dəyəri göz qabağındadır. Ukrayna artıq Rusiya ərazisindəki silah-sursat anbarlarına hücum etmək üçün əlində olan imkanlardan istifadə edir. Son üç zərbə minlərlə ton döyüş sursatı, o cümlədən mərmilərlə dolu Şimali Koreyadan gələn qatarı məhv edib”, - məqalədə deyilir.

Qeyd edilir ki, bu cür zərbələr özlüyündə həlledici olmasa da, Rusiyanın əməliyyatlarına mane olur və Putin üçün "müharibənin davam etdirilməsinin dəyərini” artırır.

Ukraynanın Rusiyanın Kursk vilayətində qəfil əməliyyata başlaması da Kiyevin danışıqlarda mövqeyini yaxşılaşdırmaq məqsədi daşıyır.
Bununla belə, "The Times”a görə belə bir "aqressiv siyasət" Baydenə izah edilməlidir. Ukrayna bildirməlidir ki, o, ABŞ-ı "sonsuz müharibəyə” sürükləməyə deyil, Putini "ağlı başına gəlməyə” məcbur etməyə çalışır.

Müttəfiqlər Zelenskidən davamlı yardıma haqq qazandırmaq üçün qələbə planı təqdim etməyi xahiş ediblər. Ukrayna lideri bunu cümə axşamı, sentyabrın 26-da Co Baydenə təqdim etməyə hazırlaşır.

Qeyd olunur ki, bu plan Ukraynanın dərhal NATO-ya üzvlüyünü nəzərdə tutmur, ancaq yeni işğalın qarşısını almaq üçün təhlükəsizlik zəmanəti verir. Plan həmçinin Kiyevdən Rusiya qoşunları Ukrayna torpaqlarında qaldığı müddətcə Kurskdakı qazanclarını qoruyub saxlamağı, həmçinin dağılmış infrastrukturu bərpa etmək və çökmüş Ukrayna iqtisadiyyatını dirçəltmək üçün daha müasir silah və vəsait təmin etməyi tələb edir.

"Bu, qələbədən çox sağ qalma planıdır - cənab Zelenski realist olub. Putinin nə qədər güzəştə gedə biləcəyi məlum deyil, amma aydındır ki, Ukrayna mübarizəni davam etdirməlidir. Əks halda, Qərb də uduzan tərəf olacaq”, - məqalədə deyilir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->