İdman 19:19 26.12.2022

Üç fransız futbolçu Benzemanın DÇ-2022-də iştirakına qarşı olub  - AS

Qapıçı Uqo Lloris, hücumçular Olivye Jiru və Antuan Qrizmann Fransa millisinin 2022-ci il dünya çempionatı üçün heyətində Kərim Benzemanın olmasına qarşı çıxıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçular Kərim Benzemanın komandaya təsir etməsinə şübhə ilə yanaşıblar. Ən çox da Qrizmann Benzemanın yığmada olmasından narazı olub. O, Benzemaya daha çox diqqət yetiriləcəyini hiss edib və aralarında gərginlik yaranıb. Qrizmann hətta sosial şəbəkələrdə Kərimdən daha az görünməsindən narahat imiş, ona görə də bu məsələni həll etmək üçün Fransa Futbol Federasiyası ilə iclas keçirilib.

Nizami Bağırov