Xəbər lenti

Üç güləşçimiz Avropa çempionatının finalına yüksəldi
Ölkə 23:21 06.07.2026

Üç güləşçimiz Avropa çempionatının finalına yüksəldi

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatına start verilib.

Qaynarinfo xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da finalçılar müəyyənləşib. Milli ilk günü uğurlu başa vurub.

Emin Cavadlı (55 kq) Skopye arenasında heç kimə şans tanımayıb. O, türkiyəli Denizhan Ogünə (5:1), almaniyalı Lenni Voernerə (16:5) və yunanıstanlı Vasileyos Papageorgiuya (9:0) qalib gələrək finala yüksəlib. Emin sabah həlledici görüşdə ermənistanlı Edqar Petrosyanla üz-üzə gələcək.

Tural Əhmədov (63 kq) 1/8 finalda gürcüstanlı Giorgi Tçikaidzeyə (0:9) məğlub olub.

Cavidan Nehmətov (77 kq) finlandiyalı Luka Kayanneyə (2:0), rusiyalı Nazar Berkovskiyə (8:0) və türkiyəli Alkan Akaraya (3:1) üstün gələrək finala vəsiqə qazanıb. Təmsilçimiz finalda ermənistanlı Samvel Terteryanla qarşılaşacaq.

Orxan Hacıyev (87 kq) inamla start verib. O, əvvəlcə Almaniya təmsilçisi Anton Buxholtsuya (9:0), daha sonra ukraynalı Vladislav Solodçukuya (11:9), yarımfinalda isə israilli İtjak Nemsadzeyə (9:0) qalib gələrək finala adlayıb. Orxan sabah birincilik uğrunda rusiyalı Mixail Şkarinlə mübarizə aparacaq.

Mübarizəyə 1/4 finaldan qoşulan Museyi-Kazım Hüseyn (130 kq) ermənistanlı Lyova Şuxyana 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Təmsilçimiz finala gedən yolda ukraynalı İvan Yankovskiyə 0:9 hesabı ilə məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək. Pəhləvan bürünc medal uğrunda mübarizədə türkiyəli Üzeyir Bostanla görüşəcək.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->