Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının pley-off mərhələsinin formatını dəyişdirməyi düşünür.
Qaynarinfo "The Times”a istinadən xəbər verir ki, yarımfinal mərhələsində "Dördlər finalı” turnirinə keçid
ola bilər.
Çempionlar Liqasında "Dördlər finalı”nın keçirilməsi o deməkdir ki, 1/2 final mərhələsində cütlərin hər birində qarşılaşmaların sayı birə enəcək. Bu halda yarımfinal və final bir həftə ərzində eyni şəhərdə keçirilə bilər.
Çempionlar Liqasının pley-off formatında islahatların aparılması təklifi Avropa Klublar Assosiasiyası (ECA) tərəfindən irəli sürülüb.
"Sponsorlar bunu bəyənəcək. Bu, hər şeyin bir oyun ətrafında deyil, bir həftə ətrafında qurulduğu "Super Boul" modelidir. Bu hadisə daha uzun müddət ərizndə diqqət mərkəzində olacaq", dünya çempionatları və Olimpiadaların təşkilində məsləhətçi olan ictimaiyyətlə əlaqələr üzrə piar-menecer Tim Krou bildirib.
Krounun sözlərinə görə, indi hamı Çempionlar Liqasının finalını yalnız ondan bir gün əvvəl xatırlayır və bu, sponsorlar üçün çox da sərfəli deyil.
Bu təklif birləşmiş "Fans Europe" qrupunun ürəyincə olmayıb və artıq UEFA-ya öz narahatlıqlarını bildiriblər. Onlar hesab edirlər ki, belə bir həftə azarkeşlər üçün çox baha başa gələcək, ona görə də ev sahiblərinin olmaması səbəbindən matçlar real azarkeşləri itirəcək.
Yeni sxem üzrə keçiriləcək "Dördlər finalı" 2024/25 mövsümündən etibarən təşkil oluna bilər. Rəqibin İsveçrə sistemi ilə müəyyənləşəcəyi tək qrup mərhələsində 36 klubun iştirak etməsi planlaşdırılır.
Nizami Bağırov