Xəbər lenti

UEFA klublarımıza 1.2 milyon avro ödədi
İdman07:22 17.08.2021

UEFA klublarımıza 1.2 milyon avro ödədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Çempionlar Liqasında və Konfrans Liqasının 2021/2022 mövsümünün təsnifat mərhələsində iştirak edən klublara maliyyə vəsaiti ayırıb. 
Qaynarinfo xəbər verir ki,  Çempionlar Liqasında iştiraka görə "Neftçi"yə 200 min avro məbləğində vəsait ödənilib. "Keşlə" və "Sumqayıt" isə Konfranns Liqasının təsnifat mərhələsində iştirak üçün 450 min avro qazanıb. Eyni turnirin təsnifat mərhələsində çıxış edən "Qarabağ"a isə 100 min avro ödənilib.
Vəsait AFFA-nın vasitəsilə klubların hesabına köçürülüb.
Hazırda Azərbaycan klublarından yalnız "Qarabağ"la "Neftçi" Konfrans Liqasının pley-off mərhələsində mübarizəni davam etdirir. Qurban Qurbanovun komandası Şotlandiya təmsilçisi "Aberdin", "flaqman" isə İsrailin "Makkabi" (Hayfa) komandası ilə üz-üzə gələcək.
Səbuhi Həsənov