Xəbər lenti

UEFA klubların son iki ildəki itkisini açıqladı
İdman12:57 03.02.2022

UEFA klubların son iki ildəki itkisini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Avropa klublarının koronovirusa görə 2 il ərzində 7 milyard avro itirdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, hazırlanan hesabatda Avropa klublarının 2 ildə 7 milyard avro ziyana düşdüyünü açıqlayıb.
Klublar 2020-2021-ci il mövsümündə matç gəlirlərindən məhrum olmaqla yanaşı, sponsorluq payı və yayım hüququnun azalması səbəbindən 2019-2020-ci illərdə 3 milyard avro və 4 milyard avro itirib.
Uzun müddət bağlı qapılar arxasında oynamaq bilet satışlarını 88% azaldıb. Hesabata görə, 2020 və 2021-ci ildə transfer xərcləri də 40% azalıb.
2019-cu ildə transferlərə 6,5 milyard avro xərcləyən Avropa klubları 2021-ci ildə büdcəsindən 3,8 milyard avro çıxarıb.
Səbuhi Həsənov