Xəbər lenti

UEFA prezidenti Bakıda oyun izləyəcək
İdman08:59 28.09.2016

UEFA prezidenti Bakıda oyun izləyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

UEFA prezidenti Aleksander Çeferin Avroliqanın qrup mərhələsi çərçivəsində sabah baş tutacaq "Qəbələ” – "Maynts” (Almaniya) oyununu izləyəcək. 

Qaynarinfo.Az xəbər verir ki, sloveniyalı prezident sentyabrın 29-da "Bakcell Arena"ya gələcək.

Əslində Çeferinin Bakıya gəlməkdə məqsədi AVRO-2020-nin 4 görüşünə ev sahibliyi edəcək Bakının loqosunun təqdimat mərasimidir. Bununla yanaşı o, səfər çərçivəsində tədbirdən 1 gün əvvəlki matçı izləməyi lazım bilib.

Qeyd edək ki, təqdimat mərasimi sentyabrın 30-da olacaq.

Qaynarinfo.Az