Xəbər lenti

UEFA "Qarabağ"ın müdafiəçisini fərqləndirdi
İdman13:44 06.10.2021

UEFA "Qarabağ"ın müdafiəçisini fərqləndirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA "Qarabağ"ın futbolçusu Kevin Medinanı fərqləndirib.
 
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, Medina  Konfrans Liqasının ikinci turunda ən çox dəqiq ötürmə verən futbolçular siyahısında yer alıb. 
27 yaşlı müdafiəçi Kiprdə "Omoniya"ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə 86 dəqiq ötürmə edib. Kolumbiyalı oyunçu bu göstəricidə İngiltərə "Tottenhem"indən Kristian Romero ilə birlikdə 4-5-ci yerləri bölüşdürür.
Siyahıya Danimarka "Kopenhagen"indən Nikolay Boylesen (106) başçılıq edir. "Tottenhem"dən Harri Uinks (95) ikinci, Finlandiya HİK-indən Valtteri Moren (86) üçüncüdür.
İlk turda Bakıda İsveçrə "Bazel"i ilə qolsuz heç-heçə edən Ağdam klubu üçüncü turda Qazaxıstan təmsilçisi "Kayrat"ı qəbul edəcək.
Səbuhi Həsənov