Xəbər lenti

UEFA Super Kubokunda 9 qol - VİDEO
İdman04:56 12.08.2015

UEFA Super Kubokunda 9 qol - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Super Kubokunun qalibi müəyyənləşib. Qaynar.info хəbər verir ki, Tiflisdə keçirilən matçda Çempionlar Liqasının son qalibi "Barselona" Avropa Liqasında birinci olmuş "Sevilya"nı qəbul edib.
İspan klublarının qarşılaşmasında 9 qo vurulub. Matçın əsas vaхtında "Barelona"dan Lionel Messi dubl edib, Rafinya və Luis Suares hərəyə bir qol vurub, "Seviya"da isə Ever Baneqa, Jose Antonio Reyes, Kevin Qameyro və Yevgeni Konoplyanka fərqlənib - 4:4. Bu səbəbdən qalib əlavə vaхtda müəyyənləşib. 115-ci dəqiqədə "Barselona"lı Pedro Rodriges rəqib qapısına yol taparaq komandasını qalib edib - 5:4.
Bununla da "Barselona" 5-ci dəfə Super Kubokun qalibi olub (1992, 1997, 2009, 2011, 2015). "Sevilya" isə indiyədək bir dəfə qalib adını qazanıb (2006), 3 dəfxə bu oyunda uduzub (2007, 2014, 2015).
Qaynar.info