Ukrayna Silahlı Qüvvələrinin hazırda əsas diqqəti Mariupol şəhərinin müdafiəsinə yönəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Slobojansk, Tavriya, o cümlədən Çerniqov şəhərinin müdafiəsi ilə bağlı döyüşlər davam edir.
Ukrayna Silahlı Qüvvələrinin məlumatında indiyə qədər Rusiya Ordusunun 88 təyyarə və helikopterin vurulduğu əksini tapıb.