Xəbər lenti

Ukrayna Borispolda rus Müqəddəs Pokrovski kilsəsində axtarışlara başladı
Dünya13:03 09.12.2022

Ukrayna Borispolda rus Müqəddəs Pokrovski kilsəsində axtarışlara başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Kiyev vilayətinin Borispol şəhərindəki Ukrayna Pravoslav Kilsəsinin Baş Katedralının (Moskva Patriarxlığı) ərazisində əks-kəşfiyyat fəaliyyəti həyata keçirir.
"Ukrayna Təhlükəsizlik Xidməti Milli Polis və ərazi icmalarının könüllü birləşmələri ilə birlikdə Ukraynada Rusiya xüsusi xidmət orqanlarının təxribat fəaliyyətinə qarşı sistemli işlərin bir hissəsi olaraq, Müqəddəs Pokrovski Katedralının ərazisində əks-kəşfiyyat fəaliyyəti həyata keçirir”, - Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.
Əməliyyatın məqsədi bunlardır:
Rusiya Federasiyasında təsir mərkəzlərinə bağlı dini icmalardan "rus dünyası”nın hücrəsi kimi istifadəsinin qarşısını almaq və əhalinin təxribatlardan və terror aktlarından təhlükəsizliyini təmin etmək;
təxribat və kəşfiyyat qruplarını, xarici vətəndaşları gizlətmək üçün UPK-nin binalarından istifadə edilməsi, silahların saxlanması və s.
Həmçinin kilsə nümayəndələrinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının bilavasitə iştirakı ilə mövcud qanunvericilik çərçivəsində dövriyyəsi qadağan olunmuş əşyaların aşkar edilməsi məqsədilə əraziyə və binalara baxış keçirir, habelə şəxslərin Ukraynanın dövlət suverenliyi zərərinə olan qanunsuz fəaliyyətə cəlb olunmasını yoxlayır.
 
Alpər