Xəbər lenti

Ukrayna Bosniyanın Lavrova bağışladığı oğurluq ikonanı geri istədi
Dünya13:02 29.12.2020

Ukrayna Bosniyanın Lavrova bağışladığı oğurluq ikonanı geri istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bir qədər əvvəl Rusiya Xarici İşlər Naziri Sergey Lavrova bağışlanan ikonanın təhvil verilməsi istəyi ilə Bosniya və Herseqovinaya müraciət etdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Ukrayna ikonanın dövlət ərazisindən çıxarılması şəraitini aydınlaşdırmaq üçün Bosniya təhlükəsizlik qüvvələri ilə əməkdaşlığa hazır olduğunu da bildirib. Nikolenko ikonanın bir ailəyə aid olduğunu və qanuni olaraq Serb Republikasının ərazisində yerləşdiyi versiyasının təsdiqlənmədiyini qeyd edib.
"Beləliklə, əsərin Bosniya və Herseqovinaya gəlişinin həqiqi şəraiti və mülkiyyətə girmə yolları barədə sual açıq qalır", - Ukrayna təmsilçisi deyib.
Xatırladaq ki, 23 dekabrda Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Lavrova hədiyyə olunmuş ikonaın Sarayevoya təhvil verdiyini açıqlayıb. Bu arada, 
Ukraynada 300 illik ikonanın Luqansk yaxınlığından çıxarıldığını və Ukraynanın mədəni mirası olduğunu bildiriblər.
Alpər