Xəbər lenti

“Ukrayna bu oyunun qurbanı oldu” – Politoloq
Dünya08:06 28.12.2023

“Ukrayna bu oyunun qurbanı oldu” – Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ukraynanın 7 əyaləti Rusiyaya veriləcək”. 
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Cümşüd Nuriyev Qərbin Ukraynada Rusiyaya ərazi güzəştləri edəcəyi barədə xarici mətbuatın məlumatlarını şərh edərkən deyib.
Politoloq deyib ki, belə açıqlamalarla Qərb siyasi dairələri son zamanlar tez-tez çıxış edirlər:
”Hətta Qərbin keçmiş kəşfiyyatçıları belə Ukrayna i lə bağlı ABŞ və Rusiya arasında pərdəarxası razılaşma olduğunu qeyd edirlər. Onların iddialarına görə, Ukraynanın Qərb hissəsi Polşa, Macarıstan və Rumıniya arasında bölünür. Odessa, Xarkov isə Rusiyaya verilir. Belə çıxır ki, Krım, Donetsk, Luqansk, Xerson, Nikolayevlə birlikdə Ukraynanın 7 əyaləti Rusiyaya veriləcək. Ukrayna ortada kiçik bir ərazidə qalacaq. ABŞ və Rusiya qurduğu oyunla Avropa İttifaqını zəiflədiblər. Avropanın aparıcı dövləti olan Almaniya belə çökür. Bu dövlət İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, cari ildə 0,5 faiz iqtisadi geriləməyə məruz qalıb. Fransa, İtaliya da anoloji vəziyyətdədir”. 
C. Nuriyev bildirib ki, Ukrayna bu oyunun qurbanı oldu:
”Zelenski peşəkar siyasətçi olmadığından hansı oyun  qurulacağını əvvəlcədən görə bilməyib. Kiyev  müharibəni hərbi cəhətdən uduzub. Artıq siyasi, mənəvi cəhəhdən də uduzur. Bütün istiqamətlərdə Rusiya artıq Ukraynanı üstələyir. Ola bilsin ki, gələn ilin fevral-mart aylarında müharibə başa çatsın. Ukraynanın başqa şansı yoxdur. Qərb ona əvvəlki tək dəstək olmaq istəmir. Gələn il Rusiya, Fransa və ABŞ-da seçkilər olacaq. Ona görə də siyasət daha çox seçkidəki maraqlara yönələcək. Bu mənada Ukrayna Qərbin diqqətindən kənarda qala bilər”. 
Qeyd edək ki, "Politiko" nəşri Ağ Ev rəsmisinə və bir avropalı siyasətçiyə istinadən ABŞ və Avropanın Ukraynanın potensial sülh danışıqları üçün mövqeyini gücləndirməyə çalışdığı və bunun Moskvaya ərazi güzəştləri demək olacağından yazıb. "İndi ABŞ və Avropanın Ukraynaya yardımı ciddi  təhlükə altında olduğu üçün Bayden  administrasiyası və Avropa rəsmiləri səssizcə diqqəti Ukraynanın mövqeyini gücləndirməyə yönəldirlər.  Bu cür danışıqlar, yəqin ki, Ukraynanın bir hissəsinin Rusiyaya güzəştə getməsi demək olacaq”, - nəşr bildirib. 
Rüfət Sultan